UKRAYNANI ABŞ-IN MÜTTƏFİQİNDƏN GÜNAH KEÇİSİNƏ ÇEVİRDİLƏR

Trampın (Donald Trump) prezidentlik dövrü Rusiya üçün yaxşı keçib, çünki ona təsir etmək asan olub. ABŞ prezidentini Ukraynaya qarşı qoymaq üçün Rusiya tərəfinin əvvəldən təsir vasitələri olub. Bu barədə Katya Soldak “Bloomberg” agentliyi üçün yazır.

Rusiya hökuməti qəsdən və sistemli şəkildə dezinformasiya kampaniyaları həyata keçirir. Kreml 2016-cı il Amerika prezident seçkilərində də analoji metodlara əl atmışdı. Rusiya həmçinin liberal demokratik ölkələrdə iğtişaş yaratmaq məqsədilə bir çox təxribatı maliyyələşdirir.

Ukrayna Amerika mətbuatında məqalə başlıqlarında  Trampın impiçmentinə səbəb olan qalmaqal mənbəyi kimi görünməyə başladıqda Kolumbiya Universitetitinin Ukrayna dili və mədəniyyəti üzrə professoru Yuri Şevçuk bildirmişdi ki, bu münasibət ölkəyə daha əvvəl nümayiş etdirilən münasibətdən fərqli deyil.

 “Ümumiyyətlə, Ukraynaya Rusiyanın kölgəsindəki ölkə kimi baxırlar: siyasi, iqtisadi, ən əsası isə mədəni baxımdan”, - deyə pedaqoq qeyd edib.

 “Ukrayna gənc demokratik ölkədir. Bu gözəl, savadlı və istedadlı Avropa ölkəsinin özünün kifayət qədər siyasi və iqtisadi problemi var. Lakin o, ABŞ-ın siyasi oyunlarında və Rusiyanın imperiya ambisiyalarında “peşkaya” çevrilib”, - nəşr yazır.

İsveçli iqtisadçı, “Atlantic Council” təşkilatının baş elmi əməkdaşı Anders Aslund (Anders Aslund) deyir ki, Ukraynadan döyüş meydanı kimi istifadə etmək Rusiya üçün çox asandır.

Culianinin (Rudy Guiliani) yaxın tərəfdaşı, Ukraynada onun agenti olan biznesmen Lev Parnas rus bankından milyon dollar alıb. Və bu pulların bir qismi Trampın şəxsi vəkilini verilib. Vəsaitin mənbəyi oliqarx Dmitri Firtaş hesab edilir. Kreml il əlaqələri olduğu iddia edilən oliqarx hazırda ABŞ-a ekstradisiya təhlükəsi ilə üz-üzədir. Belə ki, Firtaş ABŞ-da rüşvətxorluq ittihamı üzrə axtarışdadır. Culiani Kiyevə son səfərində deputat Andrey Derkaçla görüşüb. Derkaç KQB akademiyasını bitirib və hakimiyyətdən uzaqlaşdırılan prezident Viktor Yanukoviçin rusyönlü siyasi partiyasının üzvü olub. Deyəsən, Culianinin informatorlarının çoxunun şübhəli əlaqələri var, ya da onlar Rusiyaya yaxındırlar.

Almaniyada Berlin divarının xatirə lövhəsinin qarşısında dayanıb şərq istiqamətinə doğru baxsanız, onda bir vaxtlar SSRİ-nin nəzarətində olan kommunist ADR-i görə bilərsiniz. Həmin nöqtədən qərbə boylandıqda Berlinin qərb müttəfiqlərinin (ABŞ, Böyük Britaniya və Fransa) nəzarətində olan hissəsi görünür. 4 metrlik divar bir-birindən uzaq iki dünyanı bir-birindən ayırıb: qərb rejimini ictimai iqtisadi təxribatın hökm sürdüyü, etnik qrupların məskunlaşdığı, ictimaiyyəti izləyən xüsusi xidmət agentlərinin olduğu, həmçinin milyonlarla insanın pis həyat şəraitindən əziyyət çəkdiyi kommunist rejimindən ayırıb.

Məqalədə deyilir ki, Rusiyanın Qərbə qarşı qoyulması yoxa çıxmayıb, sadəcə təkamülə uğrayıb. KQB agentləri görünüşlərini dəyişdirsələr də, müxtəlif cəbhələrdə demokratik sistemləri məhv etmək məqsədlərinə sadiq qalıblar. Bu səbəbdən Soyuq müharibə dövründən qalma “parçala və idarə et” tərzində aparılan bu yeni oyunda Ukraynanın mövqeyinə, həmçinin onun stabil Avropa ölkəsi olmaq yolunda səylərinə diqqət yetirmək lazımdır. Ukrayna ABŞ və Qərbi Avropa üçün unikal, dəyərli müttəfiq olmalıdır. Lakin Trampın fəaliyyəti və Kremlin vəziyyətdən istifadə etmək imkanları bu yolda maneçilik törədir.

 

Mənbə: FORBES

FİKRİNİ BİLDİR