GÜRCÜSTAN PREZİDENTİNİN YENİ QALMAQALLI ÇIXIŞI

Gürcüstan prezidentinin bayramqabağı İctimai Televiziyaya verdiyi müsahibə yeni qalmaqala səbəb olub. Müxalifət Salome Zurabişvilini dövlət maraqlarına xəyanətdə ittiham edib.

Gürcüstanın “normand formatı” ehtiyacı var - ölkə prezidentinin İctimai Televiziyaya geniş müsahibəsində səsləndirdiyi bir neçə ideya ictimaiyyət arasında mübahisəli reaksiyaya səbəb olmayıb. Dövlət başçısı “Gürcü arzusu”ndan da payını alıb. Zurabişvili hesab edir ki, hökumət diplomatik istiqamətdə kifayət qədər iş görmür. Prezidenti ən çox “Cenevrə formatı”nın mövcud vəziyyəti qane etmir. Onun sözlərinə görə, bu, siyasi formatdan sırf texniki formata çevrilib. Zurabişvili Gürcüstanı da Ukrayna kimi “normand formatı”nda görmək istəyir. Bu barədə “Exo Kavkaza” portalı məlumat verir.

Müxalifətin fikrincə, “üçüncü yolu” Zurabişvilinin özü uydurub. Prezident verdiyi açıqlamada “sərhəd” sözünü qondarma Abxaziya və Cənubi Osetiya respublikaları kontekstində istifadə edib, işğal xəttindəki vəziyyəti Azərbaycan və Ermənistanla dövlət sərhədlərinin delimitasiya məsələsi ilə müqayisə edib.

Bu sözlər kəskin reaksiyaya səbəb olub. Prezidentin bütün siyasi rəqibləri, hakim partiya qəzəbini dilə gətirməyə tələsib. Dövlət başçısına məsləhət görüblər ki, siyasi həyatdakı iştirakını protokol mərasimləri ilə məhdudlaşdırsın və uzunmüddətli nəticələrə səbəb ola biləcək ciddi məsələlərə toxunmasın.

Ölkənin üçüncü prezidenti də kənarda qalmayıb. Mixail Saakaşvili əmindir ki, Zurabişvilinin bəyanatı qonşularla münasibətlərin pozulması istiqamətində həyata keçirilən siyasətin bir hissəsidir. Keçmiş prezident hesab edir ki, Zurabişvili sərhəd məsələsini qaldırmaqla Pandoranın qutusunu açır.

Zurabişvili tərəfdən səslənən tənqidlərə baxmayaraq, hakim partiya yenə də prezidentin tərəfini tutub. Lakin partiya nümayəndələrinin arqumentləri kifayət qədər tutarlı olmayıb. Parlament sədri sadəcə dövlət başçısının bəyanatını eşitmədiyini, bu səbəbdən suallara cavab verə bilməyəcəyini deyib. Vitse-spiker Gia Volskiyə gəldikdə, parlament çoxluğunun lideri prezidentin bir-biri ilə əlaqəli şəkildə qeyd etdiyi məsələlərin müxtəlif, amma vacib mövzular olması ilə razıdır: “Təbii, işğal mövzusu başqa, sərhəd mövzusu tamam başqa məsələdir. Ancaq demarkasiya problemi həqiqətən mövcuddur. Əsas məsələnin mahiyyətidir. Birinci problem çox ciddidir, elə ikinci də vacibdir”.

Eyni zamanda, Salome Zurabişvili 9 May 2020-ci ildə Moskvada keçiriləcək qələbə paradında iştirakını ciddi şəkildə nəzərdən keçirir. Vladimir Putinin dəvəti ilə tədbirdə iştirak edib-etməyəcəyi ilə bağlı suala prezident belə cavab verib: “Əgər bütün dünya, o cümlədən Ukrayna, bizim beynəlxalq tərəfdaşlarımız ora gedəcəksə... Bunu nəzərə almaq lazımdır... Həmçinin ikitərəfli münasibətləri də nəzərə almaq lazımdır. Yəqin, həmin vaxta kimi həkim Vajanın vəziyyəti, işğal xəttindəki şəraiti nəzərə almalı olacağıq. Bu aylar ərzində sərhəddə deskalasiyaya şahid olacağıq, ya yox?! Bu zaman optimist olmalı və ümid etməliyik ki, ən çətin dövr geridə qalıb. Ümid edirəm ki, yeni ildə biz tərəfdən müəyyən addımlar atmağımıza imkan yaradacaq başqa jestlərə şahid olacağıq”.

Gürcüstan prezidenti 2020-ci ilin başlanğıcında Ukraynaya planlaşdırılan rəsmi səfəri zamanı bu məsələni həmkarı Vladimir Zelenski ilə müzakirə etmək niyyətindədir.

 

Mənbə: EXO KAVKAZA

FİKRİNİ BİLDİR