NİYƏ İNSAN HAMININ DÜŞÜNDÜYÜ KİMİ ELƏ DƏ AĞILLI DEYİL?

Bildiyiniz kimi, insanın intellektə sahib olması ona planetdə heç bir canlı varlığın edə bilmədiyi şeyi etməyə imkan verib:  atəş əldə etməyi öyrənib, tibb sahəsini inkişaf etdirib, bununla da ömürünü uzadıb, Aya uçub, indi də Marsa uçmağa hazırlaşır. Məhz intellektin olması insanlara hüdudsuz kosmik məkandakı bu mavi nöqtə üzərində dominantlıq etməyə imkan verib. Bəs insan həqiqətənmi planetin ən ağıllı varlığıdır?

Çoxları bilir ki, ağıl və müdriklik anlayışı IQ səviyyəsi demək deyil. London İqtisadiyyat Məktəbindən intellekt tədqiqatçısı Rozalin Arden (Rosalind Arden) hesab edir ki, IQ testlərindən əldə olunan heç bir nəticə ağıllı olub olmadığını bütün mürəkkəbliyi ilə əks etdirmir. İnsan zəkası ətraf mühitimizi daha geniş və daha dərindən dərk etmək qabiliyyətindən ibarətdir ki, bu da əldə olunan təcrübənin dərk edilməsini, müvafiq şəkildə davranışdakı dəyişikliyi nəzərdə tutur.

Tədqiqatçı hesab edir ki, təkcə insan belə vacib xüsusiyyətə malik deyil, əks təqdirdə planetdəki heç bir canlı varlıq mövcud olduğu reallığa uyğunlaşa bilməzdi. Belə ki, osminoq tapmacaları həll edə, antilop ən qidalı otları müəyyənləşdirə bilir – bunlar da canlı orqanizmlərin intellektual xüsusiyyətləri hesab edilə bilər.

İnsan beyninin bədən ölçülərinə nisbətdə kifayət qədər böyük olmasına baxmayaraq, insanın vərdişlərinin çoxu bu və ya başqa şəkildə onun təbii sağqalma instinktləri ilə əlaqəlidir. “newscientist.com” portalının məlumatında deyilir ki, Yer üzündə insanların demək olar hamısı təkamül tarixçəsi, ölçüləri və ehtiyacları ilə məhdudlaşdırılıb, bu da bir çox cəhətdən canlı aləmin digər nümayəndələri ilə oxşardır.

Bununla yanaşı, insan intellekti hansısa bir dövrdə transformasiya edə, mücərrəd düşünmə, planlama və nitq qabiliyyəti əldə edə bilib. Bəlkə məhz bu xüsusiyyətlər insanı Yer planetinin digər sakinlərindən fərqləndirə bilər?

Adelaida şəhərinin Avstraliya Universitetinin alimləri müəyyənləşdiriblər ki, nitq qabiliyyəti insanın intellektini təyin etmir. Məsələ ondadır ki, heyvanların bəzi nümayəndələri öz aralarında ünsiyyət, mürəkkəb sosial əlaqələr və münasibət qura bilir. Buna ən bariz nümunə delfinlər ola bilər. Bu heyvanların şüurlu olduğu və fit səsinin köməyi ilə əlaqə qurduğu hamıya çoxdan məlumdur. Heyvanlar aləminin digər “intellektual” nümayəndəsi donuzlardır. Əhilləşdirilə bilən bu heyvanlar düşüncə prosesini inkişaf etdirə bilir. Şimpanzelər gündəlik mürəkkəb alətlər yaratmağı bacarırlar, həmçinin qeyri-verbal ünsiyyət qurma qabiliyyətinə malikdirlər. Fillərin empatiya duyğusu var, qoyunlar isə emosiyalara reaksiya göstərə bilirlər.

 

FİKRİNİ BİLDİR