AZƏRBAYCAN “QAZPROM”UN “PİROQU”NDAN NƏ QƏDƏR DİŞLƏYƏ BİLƏYƏCƏK?

I Hissə

TANAP boru kəmərinin istismara verilməsi Rusiyanın Avropadakı inhisarçı şirkətinin maddi və siyasi iştahını azaldacaq, ancaq o, acından ölməyəcək.

Azərbaycan təkcə öz qazı üçün deyil, həm də nəzəri cəhətdən - Xəzər regionunun digər ölkələrinin “mavi yanacağı” üçün "Avropaya pəncərə" açıb. Ötən həftənin sonu Türkiyə və Azərbaycan prezidentləri Trans-Anadolu Boru Kəmərinin (TANAP) açılış mərasimində iştirak ediblər. Bu marşrut  Azərbaycan qazının Türkiyəyə və daha sonra Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə Avropaya tədarükü üçün nəzərdə tutulmuş Cənub Qaz Dəhlizi (CQD) layihəsinin bir hissəsidir. CQD layihəsi təxminən 40 milyard dollar məbləğində qiymətləndirilib. Marşrutun İtaliyaya qədər olan uzunluğu 3,5 min kilometrə bərabərdir. Ümumilikdə, Azərbaycandan illik ixrac həcmi 16 milyard kubmetr qaz təşkil edəcək ki, bunun da 6 milyardı Türkiyəyə, 10-u AB ölkələrinə, 8 milyard kubmetri isə Yunanıstana çatacaq. Bu barədə İrina Corbenadze “Rosbalt” portalı üçün yazır.

Bununla belə, Türkiyə üzərindən tranzit edilən Azərbaycan qazı tezliklə Avropa bazarına, o cümlədən Yunanıstana nəql ediləcək. Bir çoxları onu “Qazprom”-a ciddi rəqib hesab edirlər.

Əslində TANAP-ın buraxıcılıq qabiliyyəti 32 milyard kubmetrə çatdırıla bilər, halbuki ötən il “Qazprom” Avropa və Türkiyəyə təxminən 201 milyard kubmetr qaz tədarük edib. Dolayısıyla, Azərbaycan Rusiya təchizatçısının Avropa "piroqundan" (hələlik) kiçik “dilim qoparda" biləcək. Bu pay sonradan iki dəfə arta bilər. Türkmənistan layihəyə qoşulsa, bu göstərici dörd dəfəyə də qalxa bilər. Verilmiş mərhələdə söhbət “Qazprom”a rəqibin meydana çıxmasından gedir. Və o, Azərbaycandan deyil, məhz Türkmənistan və ABŞ-dan qorxmalıdır. Hazırda Amerikaya məxsus maye təbii qazın qiyməti  Rusiyanın təbii qazından xeyli bahadır. Amma ortamüddətli perspektivdə, yeni hasilat texnologiyalarının inkişafı ilə qiymət xeyli ucuzlaşa bilər. Belə ki, 10-15 ildən sonra Rusiya və ABŞ arasında əsl qaz müharibəsi başlaya bilər. Ancaq gəlin, bugünkü reallığa qayıdaq.

Yaranmış vəziyyətin “fişkası” ondan ibarətdir ki, Azərbaycan hələlik ixrac öhdəliklərini təkbaşına yerinə yetirməkdə – yəni, qonşu Gürcüstan və Türkiyəyə, həmçinin Avropa bazarına qaz tədarük etməkdə, eyni zamanda respublikanın daxili tələbatını ödəməkdə çətinlik çəkir.

Rəsmi mənbələrin məlumatına əsasən, bu il Azərbaycan Respublikasında illik qaz hasilatı 24 milyard kub metr olmalıdır. Ölkədaxili istehlakı da nəzərə almaq lazımdır. 10 milyard kub metr neft hasilatını yüksəltmək üçün neft plastlarına nəql edilir. Ona görə  ixraca çox az şey qalır, ya da ümumiyyətlə heç nə qalmır. Bu isə o deməkdir ki, Azərbaycan İrandan və (və ya) Rusiyadan əlavə qaz almalı olacaq. Bu cür hal artıq bir dəfə yaşanıb. Deyəsən, “Qazprom” Azərbaycan Respublikasını istədiyi qədər qazla təmin etməyə hazırdır.

 

Mənbə: ROSBALT

FİKRİNİ BİLDİR