İNTERNETDƏN ASILILIQ SİNDROMU

“Siqaret, alkoqol və marixuana ilə yanaşı lazımınca qiymətləndirilməyən narkotik vasitə - internet getdikcə daha çox diqqət cəlb edir. Onlayn-oyunlar, sosial şəbəkələr və kompyuter oyunlarına həmişə giriş əldə etmək mümkündür,- Almaniyanın “Focus” nəşrinin jurnalisti Anna Fonhoff (Anna Vonhoff) yazır. – Çoxları, ilk növbədə gənc istifadəçilər üçün internet narkotik maddəyə çevrilir”.

Almaniya səhiyyə nazirliyinin narkomaniya ilə mübarizə mərkəzinin internet asılılığın yayılması ilə bağlı apardığı araşdırma göstərib ki, Almaniyada 50 min nəfər internetdən asılı vəziyyətdədir. Alman istifadəçilərinin iki milyondan çoxu risk qrupundadır. Onların arasında 14-24 yaş diapazonunda olan gənclər üstünlük təşkil edir. Asiyada bu rəqəmlər daha dəhşətlidir: müxtəlif araşdırmalara əsasən, ilk növbədə təhlükədə olan Cənubi Koreya və Çin gəncləridir.

Tədqiqatçıların çoxu artıq internet asılığı psixi xəstəliyin bir forması kimi nəzərdən keçirir. “Bu asılılığa yeniyetmədən tutmuş evdar qadına kimi hər kəs yoluxa bilər”, - Marburq univesitetindən internet asılılığı və onun müalicə üsullarını araşdıran Beate Dersinq (Beate Dörsing) əmindir.

Alimlər hələlik internet asılılığın müxtəlif formalarını bir-birindən fərqləndirən cəhətlər, xüsusilə onlayn oyunları və ya onlayn porno izləməyi, oyun və ya seksual asılılıqdan ayıran özəlliklər barədə mübahisə aparırlar. Amma Dersinq hesab edir ki, müəyyən meyarlara əməl etmədən internet asılılıqdan danışmaq olmaz. Psixoloq internet aludəçiliyinin müəyyən simptomlarına diqqət yetirməyi məsləhət görür. Bunu xüsusilə yetkinlik dövründə övladı olan valideynlər etməlidir.

Daim internet haqqında düşünmək həyacanverici simptomdur. İnternet asılılıqdan əziyyət çəkənlər hətta yataqlarında uzanıb, yatmağa hazırlaşanda belə gələn dəfə şəbəkədə nə edəcəklərini planlaşdırırlar.

Abstinent sindromun yaranması da internet asılılığın əlamətlərindən biridir: bir neçə saat internet olmadıqda aludəçi insanlar qəzəbli və hirsli olmağa, əndişələnməyə və depressiyaya düşməyə başlayırlar.

İnternetdən asılı insanlar öz problemlərini, qorxularını və stresslərini unutmağa, internetin köməyi ilə onlarla mübarizə aparmağa çalışırlar.

Virtual dostlar və şəbəkədə ikinci həyat ailə və dostlarla real sosial əlaqələri sıxışdırır. Bu zaman internet aludəçiləri öz asılılıqlarını gizlətməyə çalışırlar.

İnternet asılılığın xüsusi əlamətləri kimi rejimsiz qidalanma və şəxsi gigiyenaya laqeyd münasibəti də qeyd etmək olar. İnternetdən asılı insanların qida rasionu adətən bir çeşiddən ibarət olur, onlar tualetə getməmək üçün bez taxmağa və yuyunmamağa başlayırlar.

Mənbə: FOCUS

FİKRİNİ BİLDİR